Məxfilik siyasəti
Son yenilənmə: 2026-10-19
toytoy.az toy planlaşdırmaq üçün xidmətdir. Bu sənəd hansı şəxsi məlumatları topladığımızı, nə üçün istifadə etdiyimizi, kimin görə bildiyini və məlumatlarınızla bağlı hüquqlarınızı izah edir.
Hansı məlumatları toplayırıq
Hesab: ad, soyad, e-poçt, istəsəniz telefon nömrəsi və şifrənin geri qaytarıla bilməyən heşi. Şifrənin özünü saxlamırıq.
Toy məlumatları: hesabınızda özünüz daxil etdiyiniz qonaqların adları, tərəfi (bəy və ya gəlin), neçə nəfər olduqları, masa nömrələri, dəvətə cavabları, hədiyyə məbləğləri, xərclər və yüklədiyiniz şəkillər.
Sorğular: xidmət göstərənə sorğu göndərəndə adınız, telefonunuz, toy tarixi, qonaq sayı və mesajınız.
Texniki: daxil olmağınızı yadda saxlayan sessiya kukisi və dil seçiminiz üçün kuki. Reklam kukisi istifadə etmirik; Google Analytics kukiləri yalnız razılıq versəniz qoyulur (aşağıda). Kuki seçiminizi brauzerinizin yaddaşında saxlayırıq. IP ünvanı çoxlu cəhdlərin qarşısını almaq üçün qısa müddət yaddaşda saxlanılır və bazaya yazılmır; server və şəbəkə jurnallarında qısa müddət qala bilər.
Ziyarət statistikası, kukisiz: hansı səhifələrə və xidmətlərə baxıldığını, keçid edilən saytı, cihaz növünü və dili qeyd edirik. Ziyarətçini saymaq üçün IP ünvanı və brauzerdən hər gün dəyişən təsadüfi açarla birtərəfli kod hazırlanır; açar həmin günün sonunda silinir, ona görə kodu IP ünvanına çevirmək və ya müxtəlif günlərin ziyarətlərini birləşdirmək olmur. Ayrı-ayrı qeydlər 90 gün saxlanılır, sonra yalnız günlük cəmlər qalır. Xidmət təminatçıları yalnız öz səhifələri üzrə cəmləri görə bilər, ziyarətçilərin kim olduğunu yox.
Google Analytics, yalnız kuki pəncərəsində razılıq versəniz: Google öz kukilərini (_ga) qoyur və açdığınız açıq səhifələrin ünvanını (hesabınızdakı səhifələr, dəvətnamələr, parol bərpası və dəvət keçidləri ümumiyyətlə göndərilmir), gəldiyiniz saytı, brauzerinizi, cihazınızı, IP ünvanından təxmini yerinizi və hansı xidmətlərə baxdığınızı və ya əlaqə saxladığınızı alır. Google IP ünvanının özünü saxlamır. Reklam funksiyaları və Google signals söndürülüb, məlumatlar 14 ay saxlanılır. Razılığı istənilən vaxt hər səhifənin altındakı «Kuki ayarları» bölməsində geri götürə bilərsiniz; o zaman bu kukiləri silirik.
Nə üçün istifadə edirik
Xidməti göstərmək üçün: qonaq siyahısı, masa bölgüsü, dəvətnamələr, hədiyyə və xərc hesabatı.
Sorğunuzu seçdiyiniz xidmət göstərənə çatdırmaq və sizinlə əlaqə saxlamaq üçün.
Hesabınızla bağlı vacib e-poçtlar üçün: e-poçt ünvanınızın təsdiqi, şifrənin bərpası, toya dəvət. Reklam göndərmirik.
Məlumatlarınızı satmırıq və reklam üçün istifadə etmirik.
Əsas
Məlumatları qeydiyyat zamanı verdiyiniz razılıq və istifadə etdiyiniz xidmətin göstərilməsi əsasında emal edirik. Razılığınızı istənilən vaxt geri götürə bilərsiniz; bu halda hesabınızı və məlumatlarınızı silirik. Google Analytics yalnız kuki pəncərəsində verdiyiniz razılıqla işləyir.
Qonaqlarınızın məlumatları
Qonaq siyahısına başqa insanların məlumatlarını siz daxil edirsiniz. Bunu yalnız toyunuzu təşkil etmək üçün edin və yalnız lazım olanı yazın: ad və neçə nəfər olduğu adətən kifayətdir.
Qonaqlarınızdan biri məlumatının silinməsini istəsə, onu siyahıdan özünüz silə bilərsiniz və ya bizə yaza bilər.
Məlumatları heç kimlə bölüşmək istəmirsinizsə, pulsuz Excel planlayıcısını yükləyin: o tamamilə sizin cihazınızda işləyir və biz ona daxil etdiklərinizi görmürük.
Kim görə bilər
Toyun məlumatlarını yalnız həmin toya dəvət etdiyiniz üzvlər, öz rollarına görə görür. Məsələn, bir tərəfə təyin olunmuş üzv yalnız o tərəfin qonaqlarını və hədiyyələrini görür. Cütlük tərəfləri ayrı saxlamağı seçərsə, hər biri və dəvət etdiyi köməkçilər yalnız öz tərəfinin qonaqlarını, hədiyyələrini və cavablarını görür; büdcə və masa planı ortaq qalır. Tərəfləri bir-birinə göstərmək üçün hər ikisinin razılığı lazımdır.
Sorğu göndərdiyiniz xidmət göstərən adınızı, telefonunuzu və sorğunuzun məzmununu alır.
Xidməti işlətmək üçün istifadə etdiyimiz şirkətlər: serverlər Avropada OVH-də, sayt Cloudflare şəbəkəsi vasitəsilə çatdırılır, ehtiyat nüsxələr Cloudflare R2-də saxlanılır, e-poçtlar hostinq provayderimiz vasitəsilə göndərilir. Onlar məlumatları yalnız bizim adımıza saxlayır və ötürür. Dəvət linkləri eyni qrupun xidməti olan tezqr.com tərəfindən qısaldılır: o, hər linki saxlayır və neçə dəfə açıldığını sayır, ölkəni qeyd edir, açıldığı səhifəni isə yox. Razılıq versəniz, Google Analytics (Google Ireland Ltd.); Google bu məlumatları ABŞ-da da emal edə bilər.
Qanun tələb etdikdə məlumatları səlahiyyətli dövlət orqanlarına verə bilərik.
Nə qədər saxlayırıq
Hesabınız və toylarınız siz silənə qədər saxlanılır. Toyu və hesabı siz özünüz silə bilərsiniz (Hesabınız səhifəsində): yalnız sizə aid toylar içindəki hər şeylə silinir; başqa sahibi olan toylarda daxil etdiyiniz məlumat onlar üçün qalır, adınız olmadan, yalnız hədiyyə qeydlərində kimin nəyi yazdığı görünsün deyə adınız qalır; göndərdiyiniz sorğular onları alan bizneslərdə qalır.
Silinmiş məlumatlar ehtiyat nüsxələrdən ən geci 30 gün sonra yox olur.
Sorğular xidmət göstərənlə əlaqə qurulana qədər lazım olduğu müddətdə saxlanılır; istəsəniz daha tez silirik.
Hüquqlarınız
Haqqınızda hansı məlumatları saxladığımızı öyrənmək, səhvləri düzəltmək, məlumatların silinməsini tələb etmək və razılığı geri götürmək hüququnuz var.
Bunun üçün qeydiyyatdan keçdiyiniz e-poçtdan bizə yazın. 30 gün ərzində cavab veririk.
Uşaqlar
Xidmət 18 yaşdan yuxarı şəxslər üçündür.
Dəyişikliklər və əlaqə
Bu sənədin mənası dəyişərsə, saytda yeni versiyanı yerləşdirir və hesab sahiblərinə e-poçtla bildiririk.
Suallar və müraciətlər üçün: [email protected]